Macaristanın Hell Enerji şirkəti və şirkətin yerli partnyoru olan Kila Group, birgə əməkdaşlığı ilə Qlobal Boks Çempionatı ‘Hell Boxing Kings’ seçimləri uğurla tamamlandı. Bu tədbir, Macarıstanın enerji içkisi istehsalçısı Hell Enerji ilə Azərbaycanda fəaliyyət göstərən Kila Group arasında yaranmış sıx əməkdaşlığın nəticəsidir. Beynəlxalq şirkətlərlə əməkdaşlıq təcrübəsinə malik olan şirkətimiz ölkəmizdə bu cür tədbirlərin təşkilində mühüm rol oynayır.
İştirakçılar arasında böyük bir rəqabət ruhu hiss olunurdu. İştirakçılar qeydiyyatdan və sağlamlıq yoxlamasından müvəffəqiyyətlə keçdikdən sonra, döyüş bacarıqlarını və idman qabiliyyətlərini nümayiş etdirdilər. Bu proses, onların fiziki və texniki hazırlığını yoxlamaq və yarışmanın yüksək standartlarını qorumaq üçün vacib idi.
Beynəlxalq boks ustası, dünya çempionu Roy Jones Jr., dörd çəki dərəcəsində çempionlar axtaran və qaliblərə 100.000 dollar mükafat təklif edən bu yarışmanın əsas simasıdır. Azərbaycan kastinqi, yerli idmançılarımızın beynəlxalq səviyyədə öz bacarıqlarını nümayiş etdirmələri üçün əvəzsiz bir fürsət oldu.
İştirakçılar, yarımfinal və final mərhələlərində öz güclərini sınamaq üçün iyun ayında keçiriləcək seçmə mərhələlərdən keçməli olacaqlar. Bu mərhələlər, onların boks bacarıqlarını daha da inkişaf etdirmək və final mərhələyə hazırlaşmaq üçün mühüm addımlardır. Final isə 22 dekabr 2024-cü ildə Macarıstanda keçiriləcək və əsas qonaq kimi beynəlxalq boks ustası, dünya çempionu Roy Jones Jr. iştirak edəcək.
Kila Group, Hell Enerji ilə yanaşı, Azərbaycanda bir çox beynəlxalq şirkətlərlə əməkdaşlıq edərək ölkəmizi xarici şirkətlər arasında layiqincə təmsil edir. Bu tədbir, şirkətimizin Azərbaycanda idman və biznes sahəsindəki geniş fəaliyyətlərinin bir hissəsidir. Hell Boxing Kings seçimləri, Kila Group’un Azərbaycanda idmanın inkişafına və yerli istedadların beynəlxalq səviyyədə tanınmasına töhfə vermək istiqamətindəki səylərinin bariz nümunəsidir.







