Kila Group-un, rəsmi nümayəndəsi olduğu CONCETTI şirkəti ilə birlikdə SOCAR Azərikimya İstehsalat Birliyinin Etilen-Polietilen Zavoduna işgüzar səfəri

Kila-Group şirkəti, rəsmi nümayəndəsi olduğu İtaliyanın qablaşdırma sahəsində lideri olan CONCETTI şirkəti ilə birlikdə SOCAR Azərikimya İstehsalat Birliyinin Etilen-Polietilen Zavoduna işgüzar səfər etmişdir. Səfər çərçivəsində yeni qablaşdırma layihəsinin icrası ilə bağlı texniki məsələlərin qiymətləndirilməsi və həlli müzakirə olunmuşdur.

Bu mühüm mərhələdə, layihənin uğurla icrasını təmin etmək üçün CONCETTI şirkətinin nümayəndəliyi və mühəndisləri ilə yanaşı, Kila Group MMC-nin peşəkar mühəndislər komandası da iştirak etmişdir. Geniş baxış prosesində bütün tərəflərin birgə iştirakı ilə ərazinin texniki standartlara uyğunluğu, potensial uyğunlaşdırmalar və digər vacib detallara dair mühüm qərarlar qəbul edilmişdir.

Layihənin uğurla başa çatdırılması üçün Kila Group MMC-nin mütəxəssisləri, CONCETTI şirkətinin müasir texnoloji avadanlıqlarını nəzərə alaraq dəqiq ölçülərin və digər texniki göstəricilərin uyğunluğunu təmin etməkdədir. Bu əməkdaşlıq çərçivəsində, yerli və xarici mühəndislərin birgə fəaliyyəti sayəsində layihə zamanı yüksək keyfiyyət və təhlükəsizlik standartları qorunacaqdır.