Bakıda İtaliya-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə baş tutan Biznes Konfransı, iki ölkə arasında iqtisadi münasibətlərin möhkəmləndirilməsi baxımından əhəmiyyətli addım oldu.
Kila Group olaraq bu nüfuzlu platformada yer almağımız sənaye, enerji və investisiya sahələrində qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparmaq üçün önəmli fürsət yaratdı. İtaliya və Azərbaycan biznes nümayəndələri ilə keçirilən görüşlər zamanı gələcəyə yönəlik ortaq təşəbbüslər və potensial layihələr geniş şəkildə dəyərləndirildi.
Konfrans fəal iştirak etməyimiz, şirkətimizin regional və beynəlxalq əməkdaşlığa verdiyi önəmin daha bir göstəricisidir.




