HAQQIMIZDA

2016-cı ildən etibarən müştərilərimizə mühəndislik həlləri, avadanlıqlarının təchiz olunması və təmir-tikinti sahəsi üzrə peşəkar xidmətlər göstərmək məqsədilə fəaliyyətə başlamışıq. Mexaniki, Elektrik Mühəndislik Həlləri, Təmir-Tikinti İşləri və Rəqəmsal Marketinq sahəsində geniş təcrübəyə malik mütəxəssislərimizlə, yerli və qlobal bir çox şirkətlərlə uzunmüddətli əməkdaşlığımızı davam etdirməkdəyik.

Kila Group şirkəti olaraq, əsasən Neft və Qaz Sənayesi, Meliorativ və Suvarma Sənayesi, Enerji Sektorları, İstehsalat Müəssisələri, Tikinti və İnfrastruktur Layihələri və Kənd Təsərrüfatı Sektoru kimi bir çox müştəri seqmentlərinə xitab edirik.

Mexaniki Mühəndislik Xidmətləri: Mexaniki avadanlıqların quraşdırılması (kompressorlar, vanalar, ölçü cihazları və s.), Mexaniki Təmir və Ehtiyat Hissələrinin Təchizatı, İstilik, Ventilyasiya və Kondisioner (HVAC) Sistemləri, Meliorativ – Suvarma Həlləri, Proses Avtomatlaşdırması, Hidravlik və Pnevmatik Sistemlər

Elektrik Mühəndislik Xidmətləri: Enerji paylanması, Avtomatika və Nəzarət Sistemləri, Elektrik Təhlükəsizliyi, Yenilənəbilən Enerji Həlləri

Təmir – Tikinti Xidmətləri: Cari Təmir, Əsaslı Təmir