Kila Group Avropa bazarına inteqrasiyanı sürətləndirir – İtaliya-Azərbaycan Ticarət Palatasına qoşuldu!

Kila Group, beynəlxalq bazarda mövqeyini daha da möhkəmləndirmək məqsədilə İtaliya-Azərbaycan Ticarət Palatasına “Assosiyativ Üzv” qismində qoşuldu.  Bu strateji addım şirkətə İtaliya və Avropanın nüfuzlu biznes dairələri ilə birbaşa əlaqələr qurmaq, yeni tərəfdaşlıqlar formalaşdırmaq və beynəlxalq bazarda daha da güclənmək imkanı yaradacaq.

Şirkətimiz bu üzvlük çərçivəsində beynəlxalq ticarət əlaqələrini genişləndirəcək, Avropaya inteqrasiyanı sürətləndirəcək və mühəndislik sektorunda yeni imkanları yaradacaq. Şirkət, ticarət palatasının təşkil etdiyi beynəlxalq tədbirlərdə, biznes forumlarında və ticarət missiyalarında fəal iştirak edərək, yeni əməkdaşlıq imkanlarını dəyərləndirəcək.

Kila Group-un məqsədi təkcə öz biznesini inkişaf etdirmək deyil, həm də Azərbaycan şirkətlərinin Avropadakı mövqeyini gücləndirməkdir!