TƏMİR VƏ TİKİNTİ İŞLƏRİ

təmir və tikinti işləri

Kila Group yüksək standartlarda təmir və tikinti xidmətləri göstərən aparıcı bir şirkətdir. Müştərilərimizlə sıx əməkdaşlıq içində çalışaraq, onların hər birinin xüsusi ehtiyaclarını dərk edir və bu ehtiyacları ödəyəcək şəkildə fərdiləşdirilmiş layihələr tərtib edirik Təcrübəli və bacarıqlı komandamız, yalnız ən yaxşı materialları və ən qabaqcıl texnologiyaları istifadə edərək, mənzillərinizdə və ofislərinizdə həm daxili həm də xarici təmir işlərini mükəmməl bir şəkildə yerinə yetirir. Tikinti prosesində bütün mövcud keyfiyyət standartlarına tam sürətdə riayət olmaqla, material sertifikatlarından tutmuş tikinti işlərinin keyfiyyət ekspertizasına qədər bütün mərhələlər tam peşəkarlıqla və güvənlə aparılır. Şirkətimiz, müştərilərimizin ehtiyaclarını dəqiq şəkildə təmin etmək üçün yüksək standartlarda materiallar və işçilik təklif edir. Hər bir müştəriyə xüsusi diqqət göstərərək, onların fərdi zövq və tələblərinə uyğun olaraq unikal və yaradıcı layihələr inkişaf etdiririk. Layihələrimiz müxtəlif dərəcədə müstəqil və ya kompakt mənzillərdən, geniş ofislərə və ya şəhər infrastrukturunun tələblərinə cavab verən ticarət obyektlərinə qədər müxtəlif obyektlərə yönlənmişdir.

Fərdi dizayn

Əməkdaşlarımız – hüdudsuz fantaziyalı dizayner və memarlar, ən kiçik təfərrüatları diqqət etməklə sizi mütləq heyran edəcək orijinal layihələri ortaya qoymaqla etimadınızı doğrultmaq istiqamətində yorulmadan çalışmaq əzmindədirlər. Biz hər hansı tikilinin görünüşünü tamamilə dəyişməyə qadirik. Evlərin görünüşündə tam və ya qismən dəyişikliklər əldə etməklə üslubumuzu yüksək zövqlə nümayiş etdiririk. Əsas materiallar bizə dizayn seçimləri zamanı yardımçımız olacaq. Sizə xüsusi fərdi yanaşma təklif edirik, nəzərə alın ki, hər bir layihə sizin arzularınızı əks etdirməlidir.

Landşaft layihələşdirilməsi

Landşaft layihələşdirilməsi, xüsusi tikinti çertyojlarının və sxemlərinin həyata keçirilməsi, dizayner şəkillərinin və eskizlərinin, aydınlaşdırıcı tövsiyyələrin məcmusu kimi ərazinin landşaft layihəsi adlandırılır. Əsl peşəkar landşaft layihələndirilməsini bir bələdçi kimi müəyyənləşdirərək bütün kompleks landşaft tikinti işlərinin həyata keçirilməsində istifadə edir. Ərazinin peşəkarca abadlıq və yaşıl təmir işlərinin yerinə yetirilməyə landşaft layihəsi olmadan mümkün deyil. Əsasən də ərazinin mühəndis hazırlığı, avtomatlaşdırılmış suvarma, drenaj sistemi, yağıntı sularının kanalizasiya sistemi olmadan. Xüsusi biliklər və proqramlaşdırma olmadan lazımı materialın seçilməsi və onun düzgün istifadəsini hesablamaq çox çətindir.

Hovuz və fontan tikintisi

Fəaliyyət sahələrimiz arasında hovuz və fontan tikintisi ilə əlaqədar müxtəlif xidmətlər təklif edirik. Layihələrimiz müştərilərimizə uyğun və estetik su sahələri yaratmaqda yardımçı olmağı hədəfləyir və təklif etdiyimiz xidmətlər təhlükəsiz, keyfiyyətli və effektiv şəkildə təmin edilir. İstifadə olunan məhsullar, bu sahədə özünü doğrultmuş və sertifikatlaşdırılmış firmaların məhsullarıdır. Biz müştərilərimizə təcrübəli və peşəkar bir komanda ilə birgə iş etməyə, hər layihəni müştəri tələblərinə uyğun şəkildə həyata keçiririk. Həmçinin müxtəlif ölçü və dizaynlarda hovuz və fontanların tikintisini, onların texniki xidmətini və baxımını təmin edərək, hər bir müştərimizin ehtiyaclarını qarşılaya biləcəyimizi qarantiya edirik.